Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub | Təhsil Elanları
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub
Bölmə:Magistratura 585 dəfə oxunub
12.04.2017

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına aprelin 9-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan etmişdir. 

Bakalavrlar DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 13081 bakalavrdan 109 nəfəri imtahana gəlməmişdir. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olmuşdur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.