Ali təhsil ixtisaslarında dəyişiklik edilib | Təhsil Elanları
Ali təhsil ixtisaslarında dəyişiklik edilib
Bölmə:Xəbərlər 216 dəfə oxunub
09.04.2017

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

Tehsil.im xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “Texniki və texnoloji ixtisaslar qrupu”na yeni ixtisaslar əlavə edilib.

Həmin ixtisaslar sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalmadır.