Dövlət İmtahan Mərkəzində işləmək imkanı! | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində işləmək imkanı!
Bölmə:İş Elanları 7817 dəfə oxunub
30.03.2017

"Abituriyent" jurnalı redaksiyası üslubçu-redaktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

Tələblər:

-    Jurnalistika və ya filologiya sahəsi  üzrə ali təhsil (Azərbaycan dili);

-    Təhsil sahəsində tələb olunan mövzu üzrə materiallar hazırlamaq bacarığı;

-    Azərbaycan dilində savadlı yazmaq, yazılmış məqalələri redaktə etmək və məqaləyə uyğun öz fikirlərini ifadə etmək bacarığı;

-    Tələb olunan mövzu üzrə materialın axtarışı, informasiyanın toplanması və təhlili, toplanmış və ya verilən hazır mətndə əsas fikri seçmək bacarığı;

-    Müxtəlif mövzularda yazılmış məqalələrin (mətnləri) oxucular üçün anlaşıqlı (aydın) şəkildə redaktə etmək bacarığı;

-    Geniş dünyagörüşü, yüksək məsuliyyət hissi, punktuallıq, kreativlik, komandada işləmə bacarığı;

-    5 il iş təcrübəsi;

-    Ofis proqramları və internetdən istifadə etmək bacarığı.

 Şərait:

-    Səmimi və mehriban kollektiv

-    İş qrafiki: həftənin I-V günləri, saat 9:00-dan 18:00-dək

-    Əmək haqqı: ilkin olaraq 500 manat

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini abiturient.journal@gmail.com ünvanına göndərsinlər. CV göndərərkən mövzu yerinə üslubçu-redaktor yazmağı unutmayın!

Müraciət üçün son tarix 1 may 2017-ci ildir.