Müəllimlərin işə Qəbul imtahanı üçün Onlayn Sınaq imtahanı - İLK DƏFƏ | Təhsil Elanları
Müəllimlərin işə Qəbul imtahanı üçün Onlayn Sınaq imtahanı - İLK DƏFƏ
Bölmə:Elanlar 2516 dəfə oxunub
15.03.2017

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi müəllimlər üçün bütün fənlər üzrə işə qəbul sınaq imtahanını ilk dəfə olaraq elektron formada təşkil edir. İlk elektron sınaq imtahanı 2 aprel saat 10:00-da Nizami rayonu 220 nömrəli məktəbdəki imtahan mərkəzində keçiriləcəkdir.

Elektron sınaq imtahanı real işə qəbul imtahanında olduğu kimi 60 sualdan ibarətdir. Bu suallardan 40-ı ixtisas, 10-u məntiq, 10-u isə kurikuluma aid olacaq. Elektron sınaq imtahanından öz fənni üzrə ən yüksək bal toplayan iştirakçı AR TTM-nin "Müəllim işə qəbul" kurslarında ödənişsiz olaraq hazırlaşmaq imkanı qazanacaq.

Real imtahan şəraitini hiss etmək istəyən müəllim olmağa namizəd şəxslər aşağıdakı məlumatları dolduraraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçdikdən sonra bizim əməkdaşlar Sizinlə əlaqə saxlayacaqlar. Elektron sınaq imtahanına qeydiyyat 6 AZNdir. Biletləri əldə etmək üçün AR TTM-nə gəlməyiniz xahiş olunur.

Qeydiyyat üçün : https://docs.google.com/…/16Z2HwXiNOIOUipjj0SPI84ivWjt…/edit

Ünvanımız : 9-cu mkr, Mir Cəlal 71.

Ətraflı məlumat üçün

+99412 430 97 69 / +994 55 620 96 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.