Magistratura və rezidenturaya qəbul başladı | Təhsil Elanları
Magistratura və rezidenturaya qəbul başladı
Bölmə:Magistratura 1552 dəfə oxunub
10.03.2017

Dövlət İmtahan Mərkəzi martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün  magistraturaya qəbul elan edib.

Tehsil.im Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc ediləcək.
Dövlət İmtahan Mərkəzi martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya da qəbul elan edib. Qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin magelektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında təqdim ediləcək