Tələbələrin nəzərinə! - Təqaüd var | Təhsil Elanları
Tələbələrin nəzərinə! - Təqaüd var
Bölmə:Təqaüdlər 4916 dəfə oxunub
21.02.2017

  1. Qafqaz Universitetinin bakalavr pilləsinin tələbələri qeydiyyat formasının "Kurs" bölməsini hazırlıq ili nəzərə alınmadan seçməlidirlər.
  2. Bakalavr 1-ci kursda təhsil alan tələbələrin namizdəliyinə baxılmayacaqdır.
  3. Magistraturanın qiyabi şöbəsində təhsil alan tələbələr müsabiqədə iştirak edə bilərlər. Bu qayda bakalavriatura pilləsi üzrə təhsil alan tələbələrə aid deyil..
  4. Əvvəllər digər kommersiya təşkilatlarının təqaüdünü almış, lakin bu semestrdə hər hansı kommersiya şirkətinin təqaüdünü almayan tələbələr müsabiqədə iştirak edə bilərlər.
  5. 4-cü kursu bitirib, magistr statusu olmayanlar müsabiqədə iştirak edə bilməzlər. Yəni müsabiqə yalnız tələbə statusu (bakalavr və ya magistr) olanlar arasında keçirilir.
  6. SOCAR-da daimi işlə təmin olunmuş və hazırda təhsilini davam etdirən tələbələr müsabiqədə iştirak edə bilməzlər.
  7. Qeydiyyata düşdüyünüz barədə elektron poçtunuza bildirişi aldıqdan sonra 4 iş günü müddətində adınız namizədlər siyahısında qeyd olunacaq. Bu siyahıda səhv məlumat olarsa, tis@socar.az e-mail ünvanına məlumat verməyiniz xahiş olunur
  8. Rəsmi transkript əvəzinə qiymət kitabçasını göndərən iddiaçıların sənədləri qəbul olunmayacaq.

DİQQƏT! DİQQƏT! 4 İŞ GÜNÜ ƏRZİNDƏ ADINIZ NAMİZƏDLƏR BÖLMƏSİNDƏ ÇIXMAZSA, BİZƏ EMAİL VASİTƏSİLƏ MÜRACİƏT EDƏ BİLƏRSİNİZ

MÜRACİƏT ET