"Natiqlik-uğurun ilk addımı" layihəsinin icrası yekunlaşdı | Təhsil Elanları
"Natiqlik-uğurun ilk addımı" layihəsinin icrası yekunlaşdı
Bölmə:Xəbərlər 478 dəfə oxunub
18.02.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə  dəstəyi ilə həyata keçirilən "Natiqlik-uğurun ilk addımı" layihəsinin icrası yekunlaşmışdır.

Natiqlik  mövzusunda olan layihənin keçirilməsində məqsəd həyatımızın hər anında bizi uğurdan uzaqlaşdıra biləcək və bizə mane olacaq çıxış  qorxusuna qalib gəlmək, çıxış etmək qabiliyyətimizin inkişafına nail olmaq və bütün yaş və digər qruplar üçün aktual olan məsələnin həllində töhfə verməyə çalışmaq, eyni zamanda iştirakçıların gələcək natiqliklə bağlı fəaliyyətlərində köməklik göstərə bilməkdən ibarət olmuşdur.

 Layihə çərçivəsində yekun tədbir 15 fevral tarixində baş tutmuşdur. Təlimin iştirakçıları qismində müxtəlif yaş qruplarından, müxtəlif peşə və ixtisaslardan tələbə və çalışanlar iştirak etmiş və onlara bu mövzuda təcrübəli təlimçi tərəfindən mövzu ilə bağlı maraqdoğurucu və hərtərəfli təlim keçirilmiş, müzakirələr aparılmış və sonda iştirakçıların qısa çıxışları dinlənilmişdir. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunmuşdur. Qeyd etmək lazımdır ki, layihə 4 gün boyunca davam etmiş və nəzəri və praktiki tərəfləri ilə natiqliklə bağlı müzakirələr aparılmış, iştirakçıların fikirləri dinlənilmiş və interaktiv şəkildə məlumatlandırılmışdır.