Qarlı hava məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib | Təhsil Elanları
Qarlı hava məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib
Bölmə:Xəbərlər 462 dəfə oxunub
17.02.2017

“Qarlı hava şəraiti Bakıda yerləşən məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib”.
Bunu “Report”un sorğusuna cavab olaraq, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, davamiyyət daha çox qar yağan ərazilərdə yerləşən məktəblərdə özünü büruzə verir: “Davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur”.