Dövlət İmtahan Mərkəzində AMEA və universitetlərin əməkdaşları üçün seminarlara başlanılıb | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində AMEA və universitetlərin əməkdaşları üçün seminarlara başlanılıb
Bölmə:Xəbərlər 797 dəfə oxunub
30.01.2017

Yanvarın 30-da Dövlət İmtahan Mərkəzində (DİM) müxtəlif ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının imtahanlara zal nəzarətçisi kimi cəlb ediləcək əməkdaşları üçün seminarlara başlanılıb. Seminarlar fevralın 2-dək davam edəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, artıq Bakının Xəzər, Xətai, Suraxanı, Sabunçu və Nizami rayonları, eləcə də Şəki, Xaçmaz, Şirvan, Gədəbəy, Zaqatala, Zərdab, Neftçala, Masallı, Qusar, Tovuz, Qazax, Ağstafa, Qəbələ, Füzuli, Quba, Astara, Beyləqan rayonları üzrə nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçirilib. DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara 22 rayon üzrə 676 təhsil müəssisəsindən 1504 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 139 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti seminar-məşğələlərə dəvət edilib.

Məşğələlər 20-25 nəfərlik qruplarda təşkil olunub. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olmaları məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı qaydalar izah olunub. Həmçinin rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib və nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.

Seminar iştirakçıları DİM tərəfindən sınaq imtahanlarına cəlb ediləcəklər. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarında iştirak edəcəklər.