Risklər üzrə baş mütəxəssis | Təhsil Elanları
Risklər üzrə baş mütəxəssis
Bölmə:İş Elanları 459 dəfə oxunub
04.01.2017

PASHA Holding Qrup üzrə Risklərin idarəedilməsi departamenti daxilində Risklər üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

* Sığorta risklərinin qiymət əmələ gəlmə siyasətinin/modelinin işlənməsi və idarə edilməsi;
* Aktuar rezervlərin rüblük baxılmalarında yardım etmək;
* Sığorta risklərinin qiymət əmələ gəlmə modellərinin həyata keçirilməsində yardım etmək;
* Anderraytinq üçün effektiv aktuar dəstəyin təmin edilməsi;
* Biznes proqnozların tərtibatında kömək etmək;
* Aktuar rezervlərinin hesablanması üçün daxili modelin işlənməsi, eyni zamanda daxili modelin yoxlanılmasında yardım;
* Fəaliyyət planının müəyyən edilməsi məqsədilə, anderraytinq nəticələrinə təsir göstərən amillərin və trendlərin təhlili; 
* Ehtiyatların sifariş və tövsiyə edilməsi, itkilərin adekvatlılığının (həcminin) qiymətləndirilməsi, ALAE və ULAE ehtiyatları, itki trendlərinin müəyyən edilməsi;
* Planlaşdırma baxımından rəhbərliyə dəstək məqsədilə, anderraytinq nəticələrinin proqnozlaşdırılması və interpretasiyası; 
* Gəlirliyin artırılması və biznes təşəbbüslərin həyata keçirilməsinə dair hesabatların tərtib edilməsinə nəzarət

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

* Aidiyyatı sahədə bakalavr dərəcəsi;
* Aktuari akkreditasiyası;
* Minimum 5 il peşəkar təcrübə, bunlardan 3 il müvafiq sahədə;
* Güclü analitik bacarıqları;
* Güclü ünsiyyət bacarıqları;
* İngilis, Azərbaycan mükəmməl bilik, rus dilinin biliyi üstünlükdür;
* Excel və digər ofis proqramların mükəmməl bilik səviyyəsi.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

* CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
* Mövzu sətrində “Risklər üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
* CV-lər 14 dekabr, 2016-cı il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar