Büdcə və planlaşdırma üzrə menecer | Təhsil Elanları
Büdcə və planlaşdırma üzrə menecer
Bölmə:İş Elanları 594 dəfə oxunub
04.01.2017

PASHA Holding Büdcə və planlaşdırma üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • PAŞA Holdinq səviyyəsində büdcə prosesini aparmaq;
  • PAŞA Holdinqin büdcə siyasəti çərçivəsində büdcə prinsiplərinin
    (yanaşmalarının) işlənib hazırlanması;
  • Büdcənin və MIS sisteminin modelləşdirilməsi (PAŞA Holdinq və strateji aktivlər
    üçün);
  • Büdcənin təhlili (MIS daxil olmaqla);
  • Qrup üzrə büdcə siyasətinin hazırlanma prosesində istifadə ediləcək əsas
    müddəaların inkişaf etdirilməsi.

 

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Maliyyə sahəsində bakalavr dərəcəsi;
  • ACCA sertifikasiyası (F1-F3; F7);
  • Minimum 7 il peşəkar təcrübə;
  • Büdcələmənin və proqnozlaşdırmanın (bank işinin xüsusiyyətlərini nəzərə alaraq)
    hazırlanmasında və qiymətləndirilməsində geniş bilik;
  • MS Excel proqram təminatının mükəmməl biliyi, maliyyə modellərinin tərtibatında
    expert səviyyəsində malik olmaq;
  • Yerli bank hesabatlılıq sistemlərinin (prudensial, SD və s.) geniş bilik;
  • MIS prinsiplərinin (yanaşmalar, vasitələr və s.) güclü biliyi;
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dili biliyi üstünlükdür;
  • Excel, o cümlədən, Excel əsasında modelləşdirmə, və digər ofis proqramların mükəmməl
    bilik səviyyəsi.

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Büdcə və planlaşdırma üzrə menecer” qeyd olunmalıdır;
  • CV-lər 30 dekabr, 2016-cı il tarixinə qədər göndərilməlidir.

 

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV
seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə.