Azərbaycan Dillər Universitetində Çinin “Dunçji” bayramı qeyd edilib | Təhsil Elanları
Azərbaycan Dillər Universitetində Çinin “Dunçji” bayramı qeyd edilib
Bölmə:Xəbərlər 282 dəfə oxunub
27.12.2016

Dekabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin “Dunçji (Qışın zirvəsi)” bayramına həsr olunan tədbir keçirilib.

ADU-dan Tehsil.im-ə bildiriblər ki, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov Çin mədəniyyətində “Dunçji”nin mühüm yer tutduğunu qeyd edən bayramın yaranma tarixi və əsas fəlsəfəsi haqqında məlumat verib.

Sonra ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin müəllim və tələbələri “Dunçji” bayramının adət-ənənələri, çin xalqının əfsanə və mərasimləri, Çin təqviminə əsasən qışın ayrı-ayrı mövsümləri barədə təqdimatlarla çıxış ediblər.

Tədbirdə “Dunçji” bayramının, eləcə də uzunömürlülüyün, qışın və gözəlliyin rəmzi sayılan “Meihua” gavalı çiçəkləri haqqında Çinin qədim şeirləri söylənilib və milli mahnıları səsləndirilib.

Sonda ADU-nun əməkdaşları tərəfindən düyüdən top şəklində hazırlanmış şirin şorbanın – “tangyuanın (Xan sülaləsi dövründə hazırlanan və ailə birliyinin rəmzi sayılan təam)” hazırlanması üzrə ustad dərsləri keçirilib.