Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək | Təhsil Elanları
Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək
Bölmə:Magistratura 1682 dəfə oxunub
10.12.2016

“9 illik təhsil üzrə buraxılış imtahanlarında edilən yeniliklərə əsasən şagirdlərin ümumi nəticəsi iki mərhələnin cəminə əsasən götürüləcək”.

APA–nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, imtahanın I mərhələsində maksimum bal 30, II mərhələdə isə 70 olacaq.

İmtahan nəticəsində əsas üstünlüyün ikinci mərhələyə verildiyini qeyd edən M. Abbaszadənin sözlərinə görə, birinci mərhələdə aşağı nəticənin göstərilməsi ümumi nəticəyə elə də təsir göstərməyəcək: “IX sinfin buraxılış imtahanı ilə bağlı bu il üçün yeni model hazırlanıb. Bu model Təhsil Nazirliyiilə birgə müzakirə olunub, apreldən birgə işçi qrupu işləyib və yekunda qəbul edilib. Hazırda yeni qaydaların təhsil ictimaiyyətinə çatdırılması istiqamətində işlər görülür, müxtəlif regionlarda seminarlar keçirilir. Sonuncu seminar gələn həftə Bakıda təşkil olunacaq. Bakıda pedaqoji ictimaiyyət üçün keçiriləcək tədbirdə yeni qaydalar barədə ətraflı məlumat veriləcək”.

M.Abbaszadə fevralın 12-də ali məktəblərin magistraturasına qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcəyini də açıqlayıb.