“Unibank” işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
“Unibank” işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 1739 dəfə oxunub
20.11.2016

“Unibank” korporativ kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır. 
 
22-32 yaşlarında ali təhsilli, biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 10-dur.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Korporativ müştərilərin cəlb edilməsi
• Müştərinin biznesinin analizi
• Analizin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi

Namizədin Profili

• Ali təhsil;
• Yaş həddi 22 – 32;
• Biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
• Ünsiyyət qurma bacarığı;
• Müştəri yönümlülük;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.Müraciət edilən vəzifənin adı  email-ın mövzu hissəsində (Korporativ kreditlər üzrə Aparıcı Mütəxəssis) göstərilməlidir.