Nazir: “Mühəndislik Universitetinin yaradılması digər ali təhsil müəssisələrinin ləğvinə zəmin yaratmayacaq” | Təhsil Elanları
Nazir: “Mühəndislik Universitetinin yaradılması digər ali təhsil müəssisələrinin ləğvinə zəmin yaratmayacaq”
Bölmə:Təhsil Nazirliyi 1421 dəfə oxunub
14.11.2016

“Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər, sadəcə, şayiədir". 

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarovdeyib. Nazir bildirib ki, universitetin müvafiq maddi-texniki bazası yaradılacaq: “Ali məktəbə yeni rektor təyin olunacaq, tədris planları hazırlanacaq. 2017-2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır”. 

Nazir əlavə edib ki, universitetə bina yer ayrılması ilə bağlı müzakirələr aparılır.