Xərclərə Nəzarət üzrə Mütəxəssis | Təhsil Elanları
Xərclərə Nəzarət üzrə Mütəxəssis
Bölmə:İş Elanları 687 dəfə oxunub
25.09.2014

Maliyyə, Mühasibatlıq, İqtisadiyyat üzrə ali təhsil olmalıdır.

İşəgötürən: North West Construction

Vəzifə: Xərclərə Nəzarət üzrə Mütəxəssis

1 Vəzifə və öhdəlikləri:

1.1 Xərclərə Nəzarət üzrə Mütəxəssis Xərclərə Nəzarət üzrə Menecerə tabedir.
1.2 İPS Database-nin hazırlanması, yoxlanması
1.3 İPS hesabatların tərtib olunması və izlənməsi
1.4 Gündəlik hesabatların yoxlanması;
1.5 Cost kodların qoyulması;
1.6 Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
1.7 Satınalınma və Maliyyə departamentindən gələn sənədlərin yoxlanılması və Xərclərə Nəzarət üzrə Menecerə təqdim edilməsi;
1.8 Həyata keçirilmiş xərclərin təhlili və onlar üzrə yekun hesabatların hazırlanması;
1.9 Həyata keçirilmiş işlər üzrə aylıq hesabatların hazırlanması və onların birbaşa rəhbərə təqdim olunması;
1.10 Birbaşa rəhbər tərəfindən digər tapşırıqları vaxtında yerinə yetirmək.
1.11 Pul axınının hərəkət (Cash flow) hazırlanması və izlənməsi
1.12 Büdcə hesabatlarının hazırlanması və izlənməsi
1.13 Xərclər hesabatının (cost reports) hazırlanması və izlənməsi
1.14 Büdcə və pul axınının analizi və hesabatı
1.15 Qiymət məlumat bazasının (Cost database) hazırlanması və izlənməsi
1.16 Müqavilələr üzrə təhlil və hesabatlar
1.17 Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların hazırlanması

2 Bilməlidir:

2.1 Maliyyə və mühasibat prosedurlarını bilməlidir;
2.2 Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, yanğından mühafizənin norma və qaydalarını.
2.3 Şirkətin daxili nizam intizam qaydalarını

Tələblər:

• Maliyyə, Mühasibatlıq, İqtisadiyyat üzrə ali təhsil
• Müvafiq sahədə 3-5 il iş təcrübəsi
• Microsoft Office - Əla səviyyədə və digər Outlook proqramları
• Stress şəraitdə işləmək qabiliyyəti
• Azərbaycan və İngilis dilləri-əla səviyyədə

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Xərclərə Nəzarət üzrə Mütəxəssis” yazaraq öz CV-lərini cv@nwconstruction.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.