1-ci və 2-ci kurs tələbələri Mütləq Oxusun! | Təhsil Elanları
1-ci və 2-ci kurs tələbələri Mütləq Oxusun!
Bölmə:Təlimlər / Trainings 2749 dəfə oxunub
26.10.2016

ABŞ Dövlət Departamentinin Mədəniyyət və Təhsil məsələləri üzrə bürosunun dəstəyi ilə həyata keçirilən Fulbrayt proqramı çərçivəsində Dominik Universitetinin professoru, Sosial iş üzrə mütəxəssis Leticia Villareal-Sosa ölkəmizdə sosial iş peşəsinin və sosial iş təhsilinin inkişaf etdirilməsinə dəstək vermək məqsədilə ölkəmizdə ikinci dəfə səfərdə olacaqdır.
Azərbaycan Mədəniyyət və İncəsət Universitetində keçiriləcək və 1-ci kurslar üçün mühazirənin mövsuzu "Sosial xidmətlər və proqramların yaradılması", 2-ci kurslar və digər universitetlərin sosial iş tələbələri üçün mövzusu “Sosial İşdə Tədqiqat Metodları” olacaqdır. Mühazirələr 5 gün müddətində davam edəcək.
Təqdimatçı Leticia Villareal-Sosa Amerika Birləşmiş Ştatları (ABŞ) Dominikan Universitetinin Professoru və sosial iş üzrə beynəlxalq mütəxəssisdir. Həmçinin Leticia Villareal-Sosa Çikaqo Universitetdə PhD təhsili almışdır.
Mühazirələrdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 1-ci və 2-ci kurs tələbələri və müəllim heyəti, digər universitetlərin sosial iş üzrə təhsil alan tələbləri və birliyin nümayəndələri iştirak edəcəkdir.
Qeyd: Mühazirələrdə yalnız sosial iş ixtisasında təhsil alan tələbələr iştirak edə bilərlər. Mühazirələr ingilis dilində oxunacaq və tərcümə tərəfindən Azərbaycan dilinə təcümə ediləcək. Mühazirələrdə iştirak etmək Ödənişsizdir.
Son müraciət tarixi: 21 Noyabr 2016-cı il
Ünvan: Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
Əlavə məlumat üçün azsosialis@gmail.com ünvanına müraciət edə bilərsiniz.
Telefon: (+99451) 5030306