AMEA-da kadr və struktur dəyişiklikləri edilib | Təhsil Elanları
AMEA-da kadr və struktur dəyişiklikləri edilib
Bölmə:AMEA 1401 dəfə oxunub
20.10.2016

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr və struktur dəyişiklikləri edilib. AMEA-dan APA-ya verilən xəbərə görə, Rəyasət Heyətinin qərarına əsasən, akademik İradə Hüseynova ictimai əsaslarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri,  aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.

AMEA-nın İqtisadiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında da Rəyasət Heyəti qərar qəbul edib. İnstitutun Analitik informasiya və nəşriy­yat şöbəsi ləğv edilərək, onun əvəzinə, Təhsil şöbəsi və İqtisadiy­yatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsi yaradılıb.