Bu Universitetin rektoru vəzifəsindən azad olundu | Təhsil Elanları
Bu Universitetin rektoru vəzifəsindən azad olundu
Bölmə:Xəbərlər 829 dəfə oxunub
17.10.2016

“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

Tehsil.im xəbər verir ki, universitetdən APA-ya verilən məlumata görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.