Təqaüd tapmaq üçün 7 faydalı resurs | Təhsil Elanları
Təqaüd tapmaq üçün 7 faydalı resurs
Bölmə:Təqaüdlər 1882 dəfə oxunub
13.10.2016

Bu gün sizə təqaüd axtarmaq və tapmaq üçün 7 faydalı resurs haqqında danışacam. Siyahıda həm xarici həm də yerli saytlar var. Belə saytları izləmək sizə həm deadline-lar haqqında məlumatlı olmaq həm də ümumiyyətlə, təqaüdlərdə ən çox tələb olunanlar nədir və s. kimi məsələlərdə bilgili olmağınız üçün yardımçı olacaq. Lazım olan şablonları daim hazır tutmaq deadline-a az qalsa belə hər zaman hansısa təqaüdə müraciət etmək üçün işinizi asanlaşdıracaq. Adlara klikləyərək birbaşa saytlara keçid əldə edəcəksiniz.

  1. www.scholars4dev.com

Sayt təqaüd axtaran beynəlxalq tələbələr üçün çox faydalıdır. Oxumaq istədiyiniz dərcəni (bakalavr, magistr, təlim, doktorantura və s.), ixtisası, ölkəni seçərək sizə uyğun olan təkliflərlə tanış ola bilərsiniz.

  1. www.scholarshipportal.com

Sayt açılan kimi sizə ilk olaraq ölkələrin siyahısı verirlir. Oxumaq istədiyiniz ölkəni seçərək həmin ölkə tərəfindən təklif olunan təqaüd proqramları ilə tanış ola bilərsiniz.

  1. www.internationalscholarships.com

Səhifədə müxtəlif təqaüd proqramları haqqında məlumat və rəsmi səhifələrinə keçidlər yerləşdirilib.

  1. www.scholarship-positions.com

İlk daxil olduğunuzda sizə 3 seçim təklif olunur. Ölkəyə görə, təhsil səviyyəsinə görə və ixtisasa görə təqaüdlər. Bunlardan birini seçərək təklif olunan bütün təqaüdlərlə tanış ola bilərsiniz.

  1. www.wemakescholars.com

Məncə bu siyahıda ən yaxşı sayt budur. Saytda həm təhsil həm də təcrübə təkliflərindən yararlana bilərsiniz. Həmçinin hətta deadline-ı keçmiş təqaüd proqramları da axtarış zamanı çıxır. Bu sizə növbəti il üçün həmin təqaüdün deadline-nını təxmin etmək və hazırlaşmaq üçün kömək olacaq.

  1. www.edu-active.com

Yerli saytlar içərisində ən faydalısıdır deyə bilərik. Ən son təqaüd proqramları, təcrübə imkanları, təlimlər, konfranslar, seminarlar, iş imkanları bir sözlə təhsillə yaxından uzaqdan əlaqəsi olan hər yeni xəbər haqqında məlumat verirlər.

  1. www.edumap.az

Yerli resurslardan biridir. İş, təqaüd, təcrübə, müxtəlif müsabiqələr və s. haqqında məlumatlar paylaşılır.

Özüm nə qədər jurnalistikanın başın buraxdım desəm də hər zaman jurnalistikaya aid təqaüdləri izləyirəm. www.ijnet.org saytı jurnalistikaya aid təlimlər, müsabiqələr, təqaüdlər, təcrübə proqramları haqqında məlumat verən ən yaxşı saytlardan biridir.

nerminelcin.wordpress.com