Diplomları tanınan məzunların – SİYAHISI | Təhsil Elanları
Diplomları tanınan məzunların – SİYAHISI
Bölmə:Təhsil Nazirliyi 1996 dəfə oxunub
11.10.2016

Xaricdə təhsila alan və Azərbaycanda diplomu tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunan) şəxslər barədə məlumat bazası istifadəyə verilib. Təhsil Nazirliyindən Tehsil.im-ə verilən xəbərə görə, bazada ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilən xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını alan şəxslər barədə məlumatlar yerləşdirilib.

Axtarış panelində diplomu təsdiq olunan şəxsin soyadı, adı və atasının adını yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür.

Qeyd edək ki, məlumat bazası mütəmadi olaraq yenilənəcək.Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.

Məlumat bazasına buradan daxil olmaq mümkündür.