Max Group Azerbaijan Təcrübə Proqramı elan edir | Təhsil Elanları
Max Group Azerbaijan Təcrübə Proqramı elan edir
Bölmə:Elanlar 3791 dəfə oxunub
26.09.2016

Max Group Azerbaijan Dil Tədrisi və Xaricdə Təhsil Mərkəzi Müştərilərlə əlaqə üzrə koordinator köməkçisi vakansiyası üzrə TƏCRÜBƏ PROQRAMI elan edir.

Əsasən 3-4-cü kurs tələbələri üçün nəzərdə tutulan bu təcrübə proqramı 5 ay müddətinə davam edəcək.

Təcrübə proqramı müddətində təcrübəçilər koordinatorun rəhbərliyi altında işin incəliklərini öyrənəcək, təlimlərdə iştirak edəcək və ən əsası öyrəndiklərini təcrübədə tətbiq edəcəklər.

Təcrübə Proqramına qatılmaq istəyən hər kəs öz CV-lərini Təcrübə Proqramı başlığı yazaraq office@maxgroup.info.az e-mail ünvanına göndərə bilər.

Əlavə məlumat üçün:

Ünvan: Bünyad Sərdarov 23 (İçərişəhər m/st., Axundov bağının yaxınlığı)

Tel : (012) 492 85 24

Mob: (051) 633 51 61 (Whats App)