Tələbələr üçün yeni Təqaüd Proqramı! | Təhsil Elanları
Tələbələr üçün yeni Təqaüd Proqramı!
Bölmə:Elanlar 2384 dəfə oxunub
21.09.2016

Tələbələr üçün “Mən PAŞA Bank təqaüdçüsüyəm” təqaüd proqramı elan olunur

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı PAŞA Bankla birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” adlı layihənin növbəti mərhələsinə start verilir.

Layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 20 tələbəyə 1 il müddətində hər ay 100 AZN məbləğində təqaüd veriləcək.

Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdən ibarətdir.

Layihədə yalnız Azərbaycan ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisad yönümlü ixtisaslar (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s.) üzrə təhsil alan bakalavr pilləsinin III və IV kurs tələbələri iştirak edə bilərlər.

Layihədə iştirak etmək istəyən tələbə gənclər, aşağıda qeyd olunan üç mövzudan birinin ətrafında araşdırma xarakterli esse* yazmalı və anket formasını doldurmalıdırlar. İkinci mərhələdə isə iştirakçılar müsahibədən keçməlidirlər.

- What role does education play in country`s economic development?
- How do you see Azerbaijan in 20 years from now?
- Skills of the 21st century: what knowledge and skills will you need to succed?

*QEYD: esselər yalnız ingilis dilində yazılmalıdır və müsahibə mərhələsində ingilis dilində danışmağınız tələb olunacaq.

Esse və anket forması ibrahimova.farida@atgti.az elektron poçt ünvanına başlıqda “Mən PAŞA Bank təqaüdçüsüyəm” qeyd etməklə göndərilməlidir.

Son müraciət tarixi: 2 oktyabr 2016-cı il

Anket formasını yüklə: https://goo.gl/FfKRO1