Sabah 11 illikdən kolleclərə ixtisas seçimi bitir | Təhsil Elanları
Sabah 11 illikdən kolleclərə ixtisas seçimi bitir
Bölmə:Tələbə qəbulu 1179 dəfə oxunub
18.08.2016

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

Tehsil.im-ın məlumata görə, bu gün saat 16:16-a olan rəqəmlərə əsasən 15772 abituriyent qəbul olmaq istədiyi ixtisasları elektron ərizəsinə daxil edərək təsdiqləyib. Onlardan 15097 nəfər azərbaycan,  675 nəfər Rus bölməsinin abituriyentləridir.

Qeyd edək ki, TQDK tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 15-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edib. İxtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 5-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılacaq. Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.