TQDK: “Tələbə adını qazananlar sabah məlum olacaq” – RƏSMİ | Təhsil Elanları
TQDK: “Tələbə adını qazananlar sabah məlum olacaq” – RƏSMİ
Bölmə:Tələbə qəbulu 1253 dəfə oxunub
11.08.2016

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi ötən gecə başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Tehsil.im-ə verilən məlumata görə, 38 117 abituriyent qəbul olunmaq istədiyi ixtisasları elektron ərizəsinə daxil edərək təsdiqləyib.

440 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, ərizəsini təsdiq etməməklə tələbə olmaq istəməyib.

İndi bütün gözlər TQDK-ya yönəlib. Hamı gözləyir ki, ali məktəblərə yerləşdirmənin nəticələri nə vaxt açıqlanacaq?

Tehsil.im Modern.az-a istinadən bildirir ki, suala cavab almaq üçün TQDK-ya müraciət edilib. Dövlət Komissiyasından bildirlib ki, ali məktəblərə yerləşdirmənin nəticələrinin sabah-12 avqustda elan olunacağı gözlənilir.