Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır | Təhsil Elanları
Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır
Bölmə:Tələbə qəbulu 436 dəfə oxunub
10.08.2016

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. 

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından Tehsil.im-ə verilən məlumata görə, 10 avqust saat 11:30-a olan məlumata görə 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər.

Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.