“AGBank” işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
“AGBank” işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 1497 dəfə oxunub
18.09.2014

“AGBank” “Tərəfdaşlarla iş və alternativ satışlar üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Tehsil.im-ın banka istinadən yaydığı məlumata görə, namizədlər 22-30 yaşında, ali iqtisadi təhsilli olmalı, Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı danışmağı, MS Office proqramlarında işləməyi bacarmalıdır. Satış sahəsində, eləcə də B2B, Bank və Sığorta sahəsində iş təcrübəsi arzu olunandır.

Əsas vəzifə öhdəlikləri:
Tərəfdaş şəbəkəsinin idarə edilməsi şöbəsinin strateji inkişafının planlaşdırılması;
Satış statistikasının təhlili;
Pərakəndə bank məhsul və xidmətlərinin satışı, yeni tərəfdaşların cəlb edilməsi;
Satış proseslərin reallaşdırılması və tərəfdaş şəbəkəsinin genişlənməsi;
Rəqiblərin durumunu və bazar dəyişikliklərin təhlili;
Şöbənin iş metodlarının inkişafı və həyata keçirilməsi;
Riskli portfellər haqqında planlaşdırma və proqnozlaşdırma aparmaq;
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması;

İş yeri “AGBank”ın baş ofisindədir. İş vaxtı həftənin 5 günüdür. İşə qəbul olunacaq şəxslə əmək müqaviləsi bağlanılacaq. Maraqlananlar öz Cv-lərini zaurci@agbank.az elektron poşt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı mütləq qeyd olunmalıdır.