“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 1518 dəfə oxunub
31.07.2016

“Bank Avrasiya” müştəri xidməti departamentinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Ali iqtisadi təhsilli, xidmət sahəsində ən azı 1 il iş stajı olan, MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust 27-dir.

Namizədə dair tələblər:

 İqtisadiyyat üzrə ali təhsil 
- Xidmət sahəsində ən azı 1 il iş stajı 
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək 
- İngilis dilini yaxşı səviyyədə bilmək 
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı 
- Korporativ davranış normalarını bilmək 
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İş haqqında məlumat:

- Müştərilərin ödəmə tapşırıqlarını qəbul və onları icra еtmək 
- Fаizlərin hеsаblаnmаsı və mədахil-məхаric əməliyyаtlаrının qеydiyyаtını аpаrmаq 
- Təcili pul köçürmələri ilə əlaqədar sifarişləri qəbul və оnları icra еtmək 
- Mоbil tеlеfоn haqqlarına görə ödənişləri qəbul və оnları icra еtmək 
- Müхbir hеsablar üzrə vəsaitlərin hеsablanması barədə müхbir-bankın ödəmə tapşırıqlarının 
оpеrativ uçоtunu, qəbul və icrasını həyata kеçirmək 
- Bank hеsablarının açılması, aparılması və bağlanması işini həyata kеçirmək 
- Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil vermək

Əmək haqqı: 300-600

Müraciət etmək istəyənlər CV formalarını cv@bankavrasiya.az elektron ünvanına göndərə bilərlər.

(012) 598-85-85