“Kapital Bank” işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
“Kapital Bank” işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 4262 dəfə oxunub
31.07.2016

Kapital Bank” monitorinq və nəzarət şöbəsində menecer vəzifəsinə işçi axtarır.
İqtisadi və ya hüquqi sahədə ali təhsilli, bank filialında minimum 5 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 26-dır.

Vəzifə öhdəlikləri

- Filialların gündəlik fəaliyyətinə, işçilərin davamiyyətinə və korporativ standartlara riayət olunmasına uzaqdan və yerində nəzarətin təşkili;

- Mütəmadi olaraq filiallarda monitorinqlərin aparılması və rəhbərliyə hesabatların təqdim olunması;

- Şöbə daxilində iş yükünün və vaxtın düzgün bölüşdürülməsinə, şöbə əməkdaşlarının öhdəliklərini düzgün formada yerinə yetirmələrinə nəzarət;

- Zərurət yarandıqda filial müdiri vəzifələrinin icra edilməsi.

Namizədə dair öhdəliklər

İqtisadi və ya hüquqi sahədə ali təhsil;

- Yüksək ünsiyyətqurma bacarığı;

- Rəhbərlik və təşkilatçılıq qabiliyyəti;

- Çevik qərarvermə və yüksək təzyiqə davamlılıq;

- Bank filialında minimum 5 illik iş təcrübəsi;

- Filial müdiri və ya müavini kimi attestasiyadan keçmiş olması arzuolunandır.

- Müraciət etmək istəyənlər CV formalarını  hkc@kapitalbank.az elektron ünvanına göndərə bilərlər.

Telefon-(012) 598-12-95