NIKOIL | Bank vakansiya elan edir Baş hüquqşunas - konsultant | Təhsil Elanları
NIKOIL | Bank vakansiya elan edir Baş hüquqşunas - konsultant
Bölmə:İş Elanları 996 dəfə oxunub
27.07.2016

Təhsil - ali hüquqi;
 
İş təcrübəsi - 5 ildən artıq bankda hüquqşunas işləmiş ;
 
Ümumi və xüsusi tələblər:
 
Kompyuter bacarığı: Microsoft Office- də sərbəst işləmə qabiliyyəti;
 
Azərbaycan və rus dillərini sərbəst bilməli;
 
Hədəfə çatan;
 
Təşəbbüskar;
 
İşgüzar;
 
Komandada işləmək bacarığı olmalı;
 
Öyrənmək qabiliyyəti yüksək olmalı;
 
Cinsi – kişi;
 
İşin təsviri - vəzifə səlahiyyətləri:
 
1. Məhkəmə orqanları ilə qarşılıqlı əlaqələr quraraq problemli aktivlər üzrə məhkəmənin qərarının borclu tərəfin mənafeyinə zərər yetirmədən bankın marağına uyğun verilməsi üzərində çalışmaq;
 
2. Zərurət olduqda ümumi yurisdiksiyalı məhkəmələrin və arbitraj məhkəmələrinin, o cümlədən borcluların iflas olması kimi işlərdə məhkəmə iclaslarında iştirak etmək;
 
3. Borcluların iflas prosedurunun müşayiət edilməsi;
 
4. Notariat orqanları ilə qarşılıqlı əməkdaşlıq etmək;
 
5. Təhqiqat, istintaq, prokurorluq orqanları, başqa hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərərək səhlənkar borclulara qarşı cinayət-hüquqi məsələlərin qaldırılması və təqib edilməsi;
 
6. Problemli borclular tərəfindən törədilmiş hüquqazidd hərəkətlərə qarşı cinayət işinin açılmasında lazımı sənədlərin hazırlanaraq təhqiqat orqanlarına təqdim edilərək kömək göstərilməsi;
 
7. Səhlənkar borclu barəsində başlanılmış cinayət işləri üzrə istintaq araşdırmalarının səmərəliliyinin artırılması üçün zəruri olan tədbirlər kompleksinin hazırlanıb həyata keçirilməsi.
 
8. Zərurət yaranarsa, cinayət işləri üzrə təhqiqatlarda iştirak etmək, onların monitorinqini aparmaq və istintaq həyata keçirmək.
 
Xahiş olunur CV formasını məzmun hissədə "Baş hüquqşunas-konsultant" yazaraqhr@nikoil.az (file://hr@nikoil.az/) ünvanına göndərməyinizi xahiş edirik