"GMF-Gənc Mütəxəssislərin Formalaşdırılması" layihəsi | Təhsil Elanları
"GMF-Gənc Mütəxəssislərin Formalaşdırılması" layihəsi
Bölmə:Elanlar 988 dəfə oxunub
26.07.2016

GMF - Gənc Mütəxəssislərin Formalaşdırılması

Azərbaycan Respublikası Prezidenti yanında  Gənclər Fondunun maliyyə dəstəyi ilə Sevinc Cahangirlinin layihə rəhbəri olduğu “GMF-Gənc Mütəxəssislərin Formalaşdırılması” layihəsi həyata keçirələcək.

“GMF - Gənc Mütəxəssislərin Formalaşdırması” layihəsi aşağıdakı vəzifələrin icrasını planlaşdırır:

  • Gənclərin inkişaf yolunda onlara yol göstərmək.
  • Gənclərin müəyyən olunmuş sahələr üzrə düzgün ixtisaslaşmasına yardım etmək.
  • Uğurlu gələcək üçün gənclərə və inkişafa dəstək vermək
  • Gənclərin gələcək karyeralarında onlara kömək olacaq təcrübəyə yiyələnmələrinə şərait yaratmaq.
  • Gənclərin fəal şəbəkəsinin yaradılması və effektivliyinin təmin olunması, inkişaf elətdirilməsi.

Layihə çərçivəsində gənclərin nəzəri biliklər öyrənərək bu bilikləri praktik olaraq həyata keçirmək şansı əldə edəcəkləri sahələr:

  • Sosial Medianın İdarə edilməsi
  • Qrafik Dizayn
  • Marketinq
  • Satış
  • Fotoqrafçılıq

Ilkin mərhələdə layihədə iştirak şansı əldə edəcək 30 nəfər gəncə növbəti mərhələdə Sosial Medianın İdarə edilməsi, Qrafik Dizayn, Marketinq, Satış, Fotoqrafçılıq sahələri üzrə ilkin nəzəri biliklər verəcək təlimlər keçiriləcək, daha sonra bir sıra “workshop” və “case” tapşırıqlar sayəsində gənclər öyrəndikləri nəzəri bilikləri praktik olaraq həyata keçirəcəklər, bununla yanaşı onlara fəaliyyətlərini düzgün şəkildə yönləndirmə yolları izah ediləcək.

17-30 yaş arası qeyd olunan mövzulara maraq göstərən, kariyera qurmaq həvəsində olan, ixtisas və qeyri-ixtisas sahəsindən olan gənclər layihədə iştirak üçün müraciət edə bilər.

10.08.2016-30.08.2016 arasında keçiriləcək təlimlərin hər birində seçilmiş gənclərin iştirakı vacibdir.

Müraciət üçün onlayn qeydiyyat blankı: http://bit.ly/29TogDd

Müraciət üçün son tarix: 28.07.2016

Email: sevinc.cahangirli93@gmail.com