Jurnalist olmaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
Jurnalist olmaq istəyənlərin nəzərinə!
Bölmə:Tələbə qəbulu 561 dəfə oxunub
26.07.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Tehsil.im-ə verilən məlumata görə, bu mərhələdə 2016-cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur.

Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər.