Kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarının nəzərinə! | Təhsil Elanları
Kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarının nəzərinə!
Bölmə:Tələbə qəbulu 1238 dəfə oxunub
08.07.2016

Ümumi orta (9 illik)  və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılmışdır. Abituriyentlər TQDK-nın internet saytında  “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrini təsdiq etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi ümumi orta təhsil bazası (9 illik)  üzrə 08‑18 iyul, tam orta təhsil bazası (11 illik) üzrə 15-19 avqust tarixlərində aparılacaqdır.