İnsan resursları üzrə mütəxəssis - 1000 AZN | Təhsil Elanları
İnsan resursları üzrə mütəxəssis - 1000 AZN
Bölmə:İş Elanları 1609 dəfə oxunub
17.09.2014

Vakansiya: İnsan resursları üzrə mütəxəssis

İşə götürən: Kaspi Təhsil Şirkəti

Elan tarixi: 17 Sentyabr 2014

Son tarix: 29 Sentyabr 2014

Vakansiya nömrəsi: 001

Yerləşdiyi ərazi: Bakı şəhəri

İş saatları: 44/6

Əmək haqqı: Aylıq 800 - 1000 AZN ( Namizədin bilik və təcrübəsindən asılı olaraq )

Vəzifə öhdəlikləri:

1. Müntəzəm olaraq Kaspi Təhsil Şirkətinin bütün filiallarında iş analizinin aparılması

2. İşə qəbul və orientasiya prosedurunun həyata keçirilməsi

3. Şirkət daxilində bütün işçilərin təlim və ehtiyaclarının öyrənilməsi

4. Öyrənilən təlim və ehtiyaclara uyğun olaraq təlimlərin siyahısının hazırlanması, rəhbərliyə təqdim olunması və təşkilində iştirak etmək

5. Müntəzəm olaraq ( 3, 6 və ya 12 aydan bir ) işçilərin performansının ölçülməsi, dəyərləndirilməsi və nəticələrin rəhbərliklə müzakirəsi

6. İşçilərin performansına uyğun olaraq onların müxtəlif növ maddi və qeyri-maddi mükafatlandırılması sisteminin tətbiqi

7. İşçilərin performansını müxtəlif vasitələrlə yüksəltmək ( motivasiya elementlərinin tətbiqi, əmək haqqının artırılması, digər müxtəlif mükafatlandırmalar )

8. İşçi informasiya bazasının idarə olunması

Vakansiya tələbləri:

1. Təhsil : Bakalavr - İqtisadiyyat, Menecment, Biznesin təşkili

2. İş təcrübəsi: Ümumi 3 il iş təcrübəsi, HR sahəsində 1 il

3. HRM elementləri və konsepsiyasına bələd olmalı ( Strateji HRM, işə qəbul prosesi, təlim və ehtiyaclar, performansın idarə olunması, motivasiya elementləri, mükafatlandırmanın idarə olunması və s. )

4. Əmək məcəlləsi haqqında məlumatlı və məcəllə ilə işləmək təcrübəsinə malik olmalı

5. Microsoft Word, Excel, Power Point

6. İngilis dili və və Rus dili ( şifahi və yazılı ünsiyyəti qura biləcək səviyyədə )

Zəhmət olmasa veb səhifədə göstərilən ƏRİZƏ FORMASINI info@kaspi.edu.az elektron ünvanına göndərin. Şəxsi CV - lərə baxılmayacaqdır.

Qeyd: E-mail - in " subject " bölməsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur.

Ərizə Forması