SAT imtahanlarının tarixləri açıqlanıb | Təhsil Elanları
SAT imtahanlarının tarixləri açıqlanıb
Bölmə:Tələbə qəbulu 919 dəfə oxunub
29.06.2016

2016-cı və 2017-ci illərdə TQDK tərəfindən keçiriləcək SAT imtahanlarının tarixləri açıqlanıb.

TQDK-nın mətbuat xidmətindən Tehsil.im-ə verilən məlumata görə, imtahanlar 2016-cı il 1 oktyabr, 3 dekabr, 2017-cı il 21 yanvar, 6 may, 3 iyun tarixlərində baş tutacaq.

SAT imtahanları (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) TQDK-nın inzibati binasında təşkil olunacaq.

İmtahan mərkəzinin ünvanı: Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M

Qeyd edək ki, imtahanlara qeydiyyatdan keçmək üçün ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz:http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/