Dövlət Sərhəd Xidməti ASAN könüllülərinin işə qəbulunu elan edir! | Təhsil Elanları
Dövlət Sərhəd Xidməti ASAN könüllülərinin işə qəbulunu elan edir!
Bölmə:İş Elanları 10842 dəfə oxunub
25.06.2016

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ASAN könüllülərinin işə qəbulunu elan edir!

Müsabiqədə yaşı 30-dan aşağı, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, hərbi xidmətdə olmuş oğlan və həmçinin xanım könüllülərimizin hər biri iştirak edə bilər.

Müraciət üçün tələb olunan sənədlər:

  • Anket (ailə tərkibi haqda məlumatlar və əlaqə telefonu dəqiq olmalıdır)
  • Tərcümeyi hal (boy və çəki mütləq qeyd olunmalıdır)
  • DSX-yə qəbul barəsində ərizə
  • 2 ədəd 3x4 rəngli şəkil (şəklin arxasında ad və soyad qeyd olunmalıdır)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Təhsil haqqında sənədin surəti (ali və orta ixtisas təhsilli diplom, orta təhsilli attestatın surəti)
  • Hərbi biletin (bütün vərəqlərin surətini çıxartmaq) və sürücülük vəsiqəsi varsa surəti
  • Valideynlərin adından razılıq ərizəsi olması vacibdir (notariatdan təsdiq olunmuş)

Qeyd olunan tələblərə uyğun gələn namizədlər sənədlərinin elektron formasını (skan variantı) hr@asankadr.az e-poçt ünvanına göndərə bilərsiniz.