“Könüllülər Parlamenti - Azərbaycan” | Təhsil Elanları
“Könüllülər Parlamenti - Azərbaycan”
Bölmə:Elanlar 1069 dəfə oxunub
12.06.2016

“ASAN Könüllüləri”  Təşkilatı  “Könüllülər Parlamenti - Azərbaycan layihəsinə start verir. 4 gün ərzində Daşkəsəndə keçiriləcək layihədə iştirak et, öz siyasi analiz bacarıqlarını göstər!  

Layihənin əsas məqsədi gəncliyin vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır. Qeyd edəki ki, “Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulasiya formatında təşkil olunacaqdır. Seçiləcək 45  gənc  Daşkəsən  rayonuna “Könüllülər Parlamenti” layihəsinin 4 gün davam edəcək sessiyalarının həyata keçirilməsi üçün səfər edəcəklər. 

Layihəyə seçiləcək şəxslər  siyasi analitiklər,politoloqlar, millət vəkilləri tərəfindən simulyasiyada qoyulmuş mövzularla bağlı keçiriləcək təlimlərdə iştirak edəcəklər.

Təlimlər bitdikdən sonra  könüllülər keçirilmiş təlimi kifayət qədər mənimsədiklərini nümayiş etdirmək üçün yazılı formada təlimin sonuncu günü onlara təqdim olunmuş  mövzuları, öz subyektiv fikirləri ilə analiz edərək təşkilata təqdim edəcəklər.Burada analiz qabiliyyətləri ilə fərqlənən könüllülər seçilərək simulyasiyada iştirak etmək hüququ qazanacaqlar.

Siz də "Könüllülər Parlamenti - Azərbaycan" layihəsinin iştirakçısına çevirilmək istəyirsinizsə  müraciət etməyə tələsin!

Son Müraciət Tarixi: 15 iyun 23:59

BURADAN MÜRACİƏT EDİN!