Bu gün imtahan oldu | Təhsil Elanları
Bu gün imtahan oldu
Bölmə:Tələbə qəbulu 1166 dəfə oxunub
12.06.2016

İyunun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirib.

Tehsil.im AZƏRTAC-a istinadən bildirir ki, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub.

Cari ildə "Azərbaycan dili" fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7 min 696 abituriyent iştirak edib, onlardan 6 min 476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyunun 12-də keçirilən "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir.

Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar.

Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.