"Bank of Baku"da çalışmaq arzusunda olanların nəzərinə! | Təhsil Elanları
"Bank of Baku"da çalışmaq arzusunda olanların nəzərinə!
Bölmə:İş Elanları 1863 dəfə oxunub
05.06.2016

“Bank of Baku” ölkənin qabaqcıl banklarındandır.

Əgər siz də bu bankın kollektivində çalışmaq, uğurlu gələcək üçün addımlarınızı bu bankda atmaq istəyirsinizsə sizə “Bank of Baku”da elan edilmiş vakansiyaları təqdim edə bilərik:

  • Vəzifə: Müfəttiş

    Departament/şöbə: Daxili Audit Departamenti, İT Audit Şöbəsi

    Əsas vəzifə və öhdəliklər

     Təsdiq edilmiş illik plana əsasən bankın İT struktur bölmələrinin hərtərəfli auditinin aparılması;
     Bütün növ bank əməliyyatları üzrə İT təhlükəsizliyin yoxlanılmasının təşkili;
     Elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
     İT fəaliyyətlərin səmərəliliyinin və  effektivliyinin qiymətləndirilməsi;
     Bankın fəaliyyətində istifadə edilən İT standartlarının tətbiqinin qiymətləndirilməsi;
     Bankda İT sahəsi üzrə mövcud olan daxili nəzarət sistemlərinin adekvatlığının qiymətləndirilməsi;
     İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
     Audit zamanı aşkar edilmiş istisnalar və nöqsanlar haqda yekun qərar qəbul edilməsi üçün əlavə araşdırmaların aparılması.

    Seçim meyarları

     Ali təhsil (texniki, iqtisadi) 
     Sahə üzrə 1-3 il iş təcrübəsi
     Sistem adminstratorluğu, İT təhlükəsizliyi, COBIT, COSO standartları üzrə biliklər
     Yüksək təhlil qabiliyyəti
     Təzyiq altında işləmə bacarığı 
     Azərbaycan dili - əla, rus və ingilis dilləri – yaxşı
     MS Office proqramları ilə işləmə bacarığı

    İş şərtləri

     Iş vaxtı: 5 iş günü, 09.00-18.00 
     İş yeri: Baş Ofis
     Əmək haqqı: net min. 1000 AZN

    Müraciət üçün son tarix: 30/06/2016

    Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər.

    Məktubun mövzu hissəsində Audit sözünü qeyd etməyi unutmayın!

    Son müraciət: 
    şənbə, İyul 2, 2016
     
    Vakansiya haqqında məlumat: 

    Şəhər - Bakı

    Yaş - minimum 22 yaş

    İş təcrübəsi - 1 ildən 3 ilə qədər

    Telefon - (012) 447-00-55

    E-mail - hr@bankofbaku.com

    İş barədə məlumat

    - Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır. 
    - Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür 
    - Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir. 
    - Yerinə yetirilmiş işə görə əmək haqqından əlavə bonus verilir

    Namizədə tələblər

    - Təqib/yığım sahəsində iş təcrübəsi min 1 il (problemli borclar, əhali/müştəri ilə iş, gecikdirmələr üzrə iş) 
    - Səlis nitq qabiliyyəti 
    - İnandırma qabiliyyəti 
    - Fəal, stressə davamlı, inadkar, məqsədyönlü 
    - Azərbaycan dili biliyi-əla; Rus dili-arzu olunandır 
    - MS Office proqramlarında işləmək bacarığı

    Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində hr@bankofbaku.com ünvanına göndərə bilərlər. 
    Xahiş edirik, e-mail göndərərkən Mövzu hissəsində PKD yazmağı unutmayasınız.

    Məvacib: 
    400
    Son müraciət: 
    cümə, İyul 1, 2016