Beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdiri | Təhsil Elanları
Beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdiri
Bölmə:İş Elanları 588 dəfə oxunub
04.06.2016

Vakansiya haqqında məlumat: 

Beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdiri

Namizədə dair tələblər:

• İqtisadi/maliyyə/beynəlxalq münasibətlər sahəsində ali təhsil;
• Analoji sahə üzrə 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• Ölkənin maliyyə sektorunun strukturu və cari vəziyyəti barədə biliklər;
• Beynəlxalq maliyyə institutlarının fəaliyyəti üzrə məlumatlılıq;
• Layihələrin idarə edilməsi üzrə biliklər;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı. 
• Yüksək səviyyədə ünsiyyətqurma bacarığı;

İşin təsviri:

• Palatanın beynəlxalq strategiyasının hazırlanması;
• Beynəlxalq maliyyə institutları və donor təşkilatları ilə əlaqələrinin genişləndirilməsi;
• Texniki əməkdaşlıq layihələrinin hazırlanması;
• Beynəlxalq layihələrin idarə olunması.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
cümə axşamı, İyun 30, 2016
Maliyyə Bazarlarına Nəzarət Palatası