Sığorta bazarına nəzarət sahəsi üzrə aparıcı mütəxəssis | Təhsil Elanları
Sığorta bazarına nəzarət sahəsi üzrə aparıcı mütəxəssis
Bölmə:İş Elanları 648 dəfə oxunub
04.06.2016

Vakansiya haqqında məlumat: 

Maliyyə Bazarlarına Nəzarət Palatası

Sığorta bazarına nəzarət sahəsi üzrə aparıcı mütəxəssis

Namizədə dair tələblər:
• Ali təhsil (İqtisadiyyat, audit, mühasibat uçotu və aktuarihesablamaları üzrə); 
• Analoji sahə üzrə 2 il iş təcrübəsi (beynəxalq audit şirkətlərində iş təcrübəsinə üstünlük verilir);
• 1C proqram təminatı ilə iş təcrübəsi olanlara üstünlük verilir; 
• Vergi qanunvericiliyi üzrə biliklər 
• Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə biliklər
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti;
• Sığorta Sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:
• Sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri üzrə yoxlamaların təşkili;
• Yoxlamaların nəticələrinə dair hesabatların, aktların və audit nəticələrinin hazırlanması;
• İş zərurəti ilə əlaqədar xidməti ezamiyyətə göndərilmə.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
şənbə, İyun 25, 2016
Maliyyə Bazarlarına Nəzarət Palatası