İnformasiya texnologiyaları idarəsi - sistem inzibatçısı | Təhsil Elanları
İnformasiya texnologiyaları idarəsi - sistem inzibatçısı
Bölmə:İş Elanları 618 dəfə oxunub
04.06.2016

Vakansiya haqqında məlumat: 

Maliyyə Bazarlarına Nəzarət Palatası

İnformasiya texnologiyaları idarəsi - sistem inzibatçısı

Namizədə dair tələblər:
• Ali təhsil (İnformasiya texnologiyaları üzrə);
• Müasir proqram və texniki platformalar, həmçinin informasiya təhlükəsizliyi üzrə biliklər; 
• Proqram təminatlarının istismarı və lokal kompüter şəbəkəsinin idarə edilməsi üzrə praktiki biliklər; 
• Məlumat bazalarının idarəetmə sistemləri, müasir ofis proqram təminatları və əməliyyat sistemləri və sistem inzibatçılığı üzrə biliklər;
• İT üzrə 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
• Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

İşin təsviri:
• Palatanın şəbəkə serverlərinin və əməliyyat sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyətinin həyata keçirilməsini təşkil edir;
• Proqram təminatlarının və texniki avadanlıqların test yoxlamasında iştirak edir;
• Proqram təminatlarının istismarı ilə bağlı texniki sənədləri tərtib edir;
• İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
şənbə, İyun 25, 2016
Maliyyə Bazarlarına Nəzarət Palatası