Təminat və satınalmalar sektorunun müdiri | Təhsil Elanları
Təminat və satınalmalar sektorunun müdiri
Bölmə:İş Elanları 399 dəfə oxunub
04.06.2016

Vakansiya haqqında məlumat: 

Maliyyə Bazarlarına Nəzarət Palatası

Təminat və satınalmalar sektorunun müdiri

Namizədə dair tələblər:
• Ali təhsil (İqtisadiyyat, Maliyyə, Beynəlxalq münasibətlər);
• Analoji sahə üzrə 5 il iş təcrübəsi; idarəetmə təcrübəsi;
• Protokol işi sahəsində biliklər;
• Beynəlxalq və yerli səviyyədə yazışmaların aparılması bacarığı;
• İntensiv rejimdə və komandada işləmək bacarığı;
• Təqdimat və ünsiyyət bacarığı;
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis və rus dili bilikləri;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:
• Palatada satınalmalar üzrə işi təşkil edir;
• Təminat və satınalmalar üzrə bazarı təhlil edir, potensial iddiaçıları araşdırır;
• İddiaçılardan gələn təklifləri araşdırır və təhlil edir;
• Bağlanmış satınalma müqavilələrinin şərtlərinə əməl olunmasına nəzarət edir;
• Palatanın struktur bölmələrinin fəaliyyətinə lazım olan  maddi ehtiyatların, hesablama texnikası və onların ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının təchizatına nəzarət edir;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son müraciət: 
şənbə, İyun 25, 2016
Maliyyə Bazarlarına Nəzarət Palatası