İşçi axtarılır - Həftəsi 1200 dollar | Təhsil Elanları
İşçi axtarılır - Həftəsi 1200 dollar
Bölmə:İş Elanları 2117 dəfə oxunub
31.05.2016

ABŞ-da NASA alimləri qəribə bir elanla gündəmdədir. Belə ki, onlar yataqdan çıxmadan, sadəcə, yataraq həftədə 1200 dollar maaş almağa razılaşacaq könüllülər axtarır. NASA-nın yeni eksperimentinə qatılacaq könüllülərdən 3 ay ərzində yataqdan çıxmamaq tələb olunur. “Yataqda istirahət təmrinləri” adlı bu eksperiment insanın kosmosda hərəkətsiz qaldığı zaman onun orqanizmindəki dəyişiklikləri öyrənmək məqsədi daşıyır. Könüllülər xüsusi kameralarda yataqda, başıaşağı vəziyyətdə olacaqlar. Üstəlik, kamerada çəkisizlik şəraiti yaradılacaq.