SMM Manager axtarılır | Təhsil Elanları
SMM Manager axtarılır
Bölmə:İş Elanları 1552 dəfə oxunub
24.05.2016

MK Təlim Klubu “SMM Manager” vəzifəsinə vakansiya elan edir.

Vacib Tələblər:

– Social Media Marketing (SMM) üzrə bilik və təcrübə.

– Qrafik dizayn qabiliyyəti (Photoshop, və CorelDRAW)

– “Copywriting” qabiliyyəti (Azərbaycan və Rus dillərində)

– Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək

– Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti.

– Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli.

– Komandada işləmək qabiliyyəti.

Öhdəliklər:

– Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin(mətn, foto və video) hazırlanması və ya seçilməsi. Hazırlanmış kontentin web sayt, sosial mediya və blog-a yerləşdirilməsi.

– Hazırlanmış kontentin sosial mediyada təşviq(promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq.

– Kontentin yerləşdirildiyi yerlərdə(web sayt, sosial mediya və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin(user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi.

– Siz kontentin inkişaf etdirilməsində daima yeni ideyaları təklif etməli və kifayət qədər sərbəst işləməyi bacarmalısınız.

– Bəzi hallarda şirkətin çap məhsullarının qrafik dizaynı.

İş qrafiki:

Həftə içi: 10:00-18:00,

Şənbə günü: 10:00-15:00,

Bazar günü: istirahət günü.

Biz təklif edirik:

– Maaş: 200-250 AZN.

– Karyera yüksəlişi perspektivi.

– Qoyulmuş hədəflərin nailiyyətinə görə mükafatlandırma (bonus).

Maraqlanan şəxslərdən xahiş olunur ki, yalnız “Vacib Tələblər” bölməsindəki bütün tələblərə cavab verdiyiniz təqdirdə məktubun başlığında “SMM Manager tehsil.im” yazmaqla CV-lərini aşağıdaki e-poçt ünvanına göndərsinlər: mk.telim.klubu@gmail.com