Business Service Centre hüquqşünas axtarır | Təhsil Elanları
Business Service Centre hüquqşünas axtarır
Bölmə:İş Elanları 651 dəfə oxunub
18.05.2016

İşəgötürən: 

Business Service Centre

Vəzifə öhdəlikləri:

  1. Müqavilələrin hazırlanması;
  2.  Hüquqi sənədlərin tərtib edilməsinə nəzarət;
  3.  Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
  4.  Beynəlxalq layihələrlə iş
  5.  Şirkətin  Hüquq Departamentinin  vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
  6. Hüquq Departamentinin fəaliyyəti ilə bağlı olan şirkətdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
  7. Şirkətdaxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
  8. Şirkətin  hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  9. Şirkətdaxili tələbdən asılı olaraq , şöbə rəhbərlərinə və digər əməkdaşlara Şirkətin təmsil edilməsi üçün qanunla müəyyən edilmiş qaydada etibarnamənin verilməsini və vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin edir;
  10. Şirkətin  fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir və şirkətin  maraqlarına cavab verməsini təmin edir;
  11. Şirkətdə  keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.

Tələblər:

  1. Ali hüquqi təhsil – Korporativ hüquq, Müqavilələr üzrə hüquq;
  2. Azərbaycan Respublikasının qanunlarını (Mülki, Mülkü prosessual, Cinayət və Cinayət Prosessual məcəllələrini, İcra haqqında qanunu, İnzibati Xətalar Məcəlləsini, Əmək qanunvericiliyini, Beynəlxaq hüququ)
  3. Dil bilikləri –      (ingilis və rus dili bilənlərə üstünlük verilir) ;
  4. Ofis proqramları      (Word, Excel, Internet);
  5. İş təcrübəsi –5 ildən artıq;
  6. Stress altında işləmə bacarığı;
  7. Yaş həddi  – 27-dən yuxarı;

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  “mövzu” yerinə “Hüquqşünas” sözünü qeyd etməklə hr@bsc-group.az elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku – F.Amirov, 10
E-mail: hr@bsc-group.az Web: www.bsc-group.az