Biznes Panikası-Biznesmen kimi düşünün - ÖDƏNİŞSİZ | Təhsil Elanları
Biznes Panikası-Biznesmen kimi düşünün - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 2213 dəfə oxunub
14.05.2016

Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi Yeni ÖDƏNİŞSİZ Təlim Şansını Sizlərə Təqdim Edir

Yalnız 35 Nəfər Seçiləcək, qeydiyyatdan keçməyə tələsin.

Biznes Panikası-Biznesmen kimi düşünün

Con Rokfeller deyirdi: İnsanlar o qədər işləyirlər ki, pul qazanmağa vaxtları yoxdur.

Uğurlu biznesmenlər çox işləmək deyil, daha çox pul qazanmağa fokuslanırlar. Böyük biznesə gedən yolda isə yüksək təhsil. dünyagörüşü və təcrübə əvəzsiz rol alır.
Bunları harada qazanırıq? Əlbəttə düzgün qurulmuş təlimlərdə həmçinin.

Belə ki bu təlim sizə həyatınızda dönüş edəcək bir təlim olacaq. Burada siz potensial sahibkar olmaq üçün açar bilikləri əldə edəcəksiniz;

1.Biznes Missiya
2.SWOT Analiz
3.SMART təhlil
4.Stategiyanın 4 əsas sualı
5.Biznesin Strateji Planlaşdırılması(7 addım)
6.Biznesdə sosial səviyyə və idarəçilik testi
7.Biznes simulyator oyunu

Bütün bunlar bir arada.Maksimum biliyə malik olacaqsınız.

Təlimin müddəti:120 dəq
Təlimin forması:Nəzəri və Praktiki


Və təlimçi:Orxan Şahbaz-Biznes Koç.

Orxan Şahbaz 24 yaşındadır.Odlar Yurdu və Amerikanın Lincoln Universitetinin ikili diplom proqramı ilə Maliyyə(BBA) ixtisası üzrə təhsil alıb.2012-ci ildən Maliyyə,Starateji Biznes,Marketinq,Menecment sahələri üzrə koçinq fəaliyyəti göstərir.Gənc olmasına baxmayaraq bu sahələrdə təcrübəsi olan koç hazırda Azərbaycanda geniş yayılmayan lakin effektli olacaq bir layihə həyata keçirir.Youtube üzərindən yuxarıda qeyd olunan ixtisaslar üzrə beynəlxalq modellərin,analizlərin video dərsliklərini hazırlayıb təqdim edir həmdə PULSUZ.

-Youtube:https://www.youtube.com/user/OrkhanShahbazov

Bundan əlavə yeni yaranmış HelpCV-CV Bələdçinin təsisçisidir.

Orxan Şahbaz Schlumberger şirkətində çalışır.

Minimum vaxtda maksimum keyfiyyətə sahib olacaqsınız.
Buraxın hər şeyi və biznesmen kimi düşünün!
Hər kəsi gözləyirik!

Əlaqə üçün: +994 77 406 06 96
e-mai: rasul.gmk@gmail.com

Qeydiyyat:
https://docs.google.com/forms/d/1Qr9QbcQJdaxlADwKyETB1UJ-njXDfJVXFHo-Lkylkws/viewform


Təlimçi ilə əlaqə:

Web:www.orkhanway.com

Facebook:https://www.facebook.com/orkhanway

Hotmail: orkhan.shahbaz@live.com