İctimai vəkillik təlimi - ÖDƏNİŞSİZ | Təhsil Elanları
İctimai vəkillik təlimi - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 1651 dəfə oxunub
27.04.2016

“Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi növbəti seminarının təşkili ile yenidən qarşınızda!

Təlimin mövzusu: İctimai vəkillik.

Təlimdən öyrənəcəyiniz:
Azəbaycanda uğurlu ictimai vəkillik kampaniyaları.
Davranış və qanun dəyişikliyi necə aparılır?
İctimai vəkil olmaq üçün nə etmək lazımdır?

Təlimçi: Günel Səfərova -Bakı Dövlət Universiteti hüquq fakultəsinin məzunu. İctimai fəallıq və vəkillik üzrə beynəlxalq təlimçi. 11 illik təlimçi fəaliyyəti, beynəlxalq təşkilatlarda proqram idarəçisi və sosial layihələrin müəllifi. Layihələrin yazılışını, ictimai fəallıq, gender, motivasiya sahəsində yerli ve beynəlxalq təşkilatlara təlim keçib. Bir neçə sosial araşdırma müəllifi. Gənclərlə iş sahəsində 14 illik fəaliyyət.

Təlimdə iştirak ÖDƏNİŞSİZDİR.

Təlimin vaxtı: 30 Aprel saat 17:00 
Təlim müddəti: 2.5 saat (15 dəq fasilə)
Təlimin keçiriləcəyi yer: Reduco Tədris Mərkəzinin Bakı filialı: Cəfər Cabbarlı 29, Nizami metrosunun yaxınlığı.

Təlimin sonunda bütün iştirakçılara sertifikat veriləcək.

Qeydiyyatdan keçmək üçün səhifənin inbox-una ad, soyad,əlaqə nömrənizi və e-mail ünvanınızı yazıb göndərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:
Tel: (+994) 50-524-11-22, (+994) 70-524-11-22 
(+994 12) 594-12-76, (+994 12) 594-20-42
e-mail: info@reduco.az