Sığorta işinin təşkili təlimi - ÖDƏNİŞSİZ | Təhsil Elanları
Sığorta işinin təşkili təlimi - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 1764 dəfə oxunub
27.04.2016

Sığorta işinin təşkili adlı təlimimiz 14 may saat 12:00 tarixində “AZ Sığorta” ASC-nin Təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən keçiriləcəkdir.
Təlimin proqramı 2 hissədən ibarət olacaq. Proqramı diqqətinizə çatdırırıq:

Giriş hissəsi:
Sığorta nədir və bizə nə üçün lazımdır;
Sığortanın inkişaf yolları; 
Sığortanın funksiyaları;
Sahibkarlıq fəaliyyətində sığorta təminatına tələbatın artması;
Azərbaycanda sığorta.

Əsas hissə:
Sığorta bazarı anlayışı və onun strukturu; 
Azərbaycan Respublikasının sığorta qanunvericiliyi;
İcbari və könüllü sığorta;
Sığortanın sahələri və sığorta məhsulu;
Sığorta sistemi və sığorta bazarının iştirakçıları, Sığortaçının statusu;
Sığortanın əsasları. Sığorta riski və onun idarə edilməsi;
Sığorta müqaviləsinin hüquqi əsasları;
Sığorta biznesinin aparılması. Anderraytinq prosesi;
Sığorta vasitəçiliyi fəaliyyətinin hüquqi əsasları;
Sığorta işinə dövlət nəzarəti;
Sığortada vergi məsələləri;
Sığortada əsas anlayışlar, o cümlədən beynəlxalq sığorta terminləri.

Nəticə:
Sığorta bazarının dinamik inkişafında əsas amillər;
Müştərilər sığortaçını hansı göstəricilərinə görə seçməlidirlər;
Dünya sığortasından maraqlı məlumatlar;
Sığorta xidməti və sığorta iddiaları ilə bağlı maraqlı əhvalatlar;
İştirakçıların suallarının cavablandırılması Təqdimatın yekunlaşdırılması.

TƏLİM ÖDƏNİŞSİZDİR!

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər:
https://docs.google.com/…/1CjXYsKYmuSebCxeYNa6QyP1…/viewform 

Əlaqə vasitələri:
Veb səhifə: www.aynha.az

Facebook: https://www.facebook.com/aynha.az
Linkedin: www.linkedin.com/pub/aynha-i̇ctimai-birliyi/7b/558/803/
 
E-mail: office@aynha.az
Tel: +994 12 497 56 65