MənLike - ÖDƏNİŞSİZ TƏLİM | Təhsil Elanları
MənLike - ÖDƏNİŞSİZ TƏLİM
Bölmə:Təlimlər / Trainings 1188 dəfə oxunub
20.04.2016

Dünyada ən məchul insan, insan özüdür.

Özü üçün anlaşılmaz insan, başqaları üçün heç vaxt anlaşıla bilən şəxs ola bilməz. Özümüzü başqa insanlara tanıtmaq üçün əvvəl biz özümüzü tanımalıyıq. İçimizdəki gücü kəşf etməli, ortaya çıxarmalıyıq.Günümüzdə bütün özünə əminliyin ən təməl maneəsi insanın özünü tanımamasıdır. 

İBİ kollektivi də çoxsaylı izləyici istəklərini nəzərə alaraq, belə bir təlimlə sizlərin görüşünüzə gəlir! 

Siz də öz “mən”inizi kəşf etmək, gücünüzü ortaya çıxarmaq və öz “mən”inizi 
seçməyi bacarmaq istəyirsinizsə bu təlimimizi qaçırmayın. 9 illik ictimai fəaliyyət təcrübəsi olan təlimçimiz Rövşən Nəcəfov aprelin 30-unda sizi yeni “mən”inizlə yola salmağa söz verir. 

Təlimin adı : MənLike
Təlimdən öyrənəcəyiniz: “MƏNini ovlamaq” - İnsan birinci özünü kəşf etmək, özünü təkminləşdirmək istəyir. Sonra isə yaşamaq istədiklərini.

“MƏNin özü” - Özümüzə inanmalıyıq. Bütün səhfləri və düzləri ilə. Çünki, insanın özü səmimidir. Yəni, bu sənin təcrübəsiz olan formandır. Ətrafın yox, özünün qərarların önəm daşıyır. Hər kəsin bir özü var.

“MƏNin seçimi” - İnsanın həyatı onun etdiyi seçimlər vasitəsi ilə formalaşır. Bəzən bu “alın yazı” kimi ifadə olunur. Yəni sənin seçimin, həm də sənin təqdim etdiklərindir. Hansı ki, sənin ətrafında baş verən hadisələrdir. Sən istədiyin üçün, seçim etdiyin üçün ətrafın var... Hadisələr var...

Təlimçi: Rövşən Nəcəfov — “Mənim Təhsilim, Mənim Gələcəyim!”kampaniyasının fikir müəllifi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) idarə heyətinin üzvü, “İctimai Əlaqələr (PR)” üzrə mütəxəssisi, "RovMedia” şirkətinin təsisçisi və rəhbəri, “Kaspi” Qəzetində müxtəlif fəlsəfi və ictimai yazıların müəllifi.

Qeydiyyat: Ad, soyad, əlaqə nömrəsi, təlimin adını qeyd edib ibi.aseu@gmail.com e-mail ünvanına göndərə bilərsiniz.

Bizimlə əlaqə: 
Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1 
Tel/Fax: (+99412) 492 31 21 
Mob/Wp: (+99450) 856 02 01 
E-mail: ibi.aseu@gmail.com